Füzuli rayon sakini xuliqanlıq zəminində açdığı atəşlə həmyerlisinə xəsarət yetirib.
Mynews.az DİN-ə istinadən xəbər verir ki, hadisə mayın 26-da rayonunun Araz Yağlıvənd kəndi ərazisində baş verib.
Belə ki, kənd sakini Niyaməddin Hümbətov xuliqanlıq zəminində rayon sakinləri Fəxri Balakişizadə və Əliabbas Musayevin istiqamətində tüfəngdən atəş açıb. Bu zaman yaxınlıqda dayanan həmkəndlisi Mütəllim Muradov əlindən xəsarət alıb.
N.Hümbətov Füzuli Rayon Polis Şöbəsinin (RPŞ) əməkdaşları tərəfindən tutulub və ondan hadisəni törədərkən istifadə etdiyi, müvafiq sənədləri olmayan "Maqnum" markalı ov tüfəngi götürülüb.
1
Xırdalanlılara ŞAD XƏBƏR - Tıxac problemini həll edəcək iki böyük layihə
426 dəfə oxunub
2
Teymur Musayev Baş nazirin müavini təyin edildi - SƏRƏNCAM
425 dəfə oxunub
3
Bakıda iki avtomobil toqquşdu: Piyada öldü
423 dəfə oxunub
4
Vətən Müharibəsi Qəhrəmanına - Yüksək rütbə verildi
333 dəfə oxunub
5
Masazırda avtomobil piyadanı vuraraq öldürüb
330 dəfə oxunub