Lənkəran rayonunda 1 nəfərin xəsarət alması ilə nəticələnmiş yol qəzası baş verib.
Mynews.az report.az-a istinadən bildirir ki, hadisə Ələt-Astara magistralının Lənkəran rayonu, Şirin-Su kəndindən keçən hissəsində baş verib. Belə ki, 1992-ci il təvəllüdlü Şağlaküçə kənd sakini Şükürov Nasir Əzizulla oğlunun idarə etdiyi "Hyundai Elantra" markalı avtomaşın yoldan çıxaraq bir neçə dəfə aşıb.
Nəticədə sürücü xəsarət alıb. O, yaxınlıqdakı şəxslərin köməyi ilə avtomobildən çıxarılaraq Lənkəran Rayon Mərkəzi Xəstəxanasına aparılıb.
Yaralı dərhal müayinə olunub. Qəzaya səbəb olaraq avtomobilin yoldan çıxaraq sürüşməsi göstərlir.
Şahidlərin bildirdiyinə görə, qəza zamanı avtomobildə üç nəfər olub. Onlardan ikisinin vəziyyəti normaldır, bu səbəbdən də xəstəxanaya müraciət etməyiblər.
Faktla bağlı araşdırma aparılır.

1
Qəzada ölən ANAMA əməkdaşının 3 övladı var imiş
723 dəfə oxunub
2
İran ordusu Türkiyəyə raket hücumu edib
720 dəfə oxunub
3
Millimiz növbəti matça çıxır - Heyət açıqlandı
705 dəfə oxunub
4
Mayda 14 gün iş olmayacaq
695 dəfə oxunub
5
Nazir 15 il rəis işləyən polkovniki işdən çıxardı - Yeni təyinat
682 dəfə oxunub