USD 1.70
EUR 1,8441
RUB 0.0175
BREND 78.91
Bakı

Siqareti yandıran kimi ev partladı AZƏRBAYCANDA

10:28 28.05.2017
Siqareti yandıran kimi ev partladı AZƏRBAYCANDA
10:28 28.05.2017

Bu gün səhər saatlarında Şəmkirdə yaşayış evində partlayış olub.

Mynews.az Apa.az-a istinadən verdiyi məlumata görə, hadisə rayonun Şiştəpə kəndində qeydə alınıb.

Kənd sakini 1977-ci il təvəllüdlü Araz Həsənov  yaşadığı evdə qaz sızdığını hiss etməyərək siqaret çəkib və bu zaman partlayış baş verib. Hadisə zamanı A. Həsənov yanıq xəsarətləri alaraq xəstəxanaya yerləşdirilib. Onun vəziyyətinin orta ağır olduğu bildirilir.

Faktla bağlı araşdırma aparılır.


Xəbər lenti