Dünən Masallı rayonu Boradigah qəsəbəsi Nizami Gəncəvi adına 1 saylı orta məktəbdə baş vermiş ölüm hadisəsinin təfərrüatları məlum olub.
Mynews.az Lent.az-a istinadən əldə etdiyi məlumata görə, hadisə orta məktəbdə şagirdlərin "Son zəng" tədbirinə hazırlıq görməsi zamanı baş verib. Belə ki, 2000-ci il təvəllüdlü Əliyev Kənan Teymur oğlu məktəbi 9-cu sinifdən bitirsə də "Son zəng" tədbirinə hazırlıq məqsədi ilə sinif yoldaşlarının yanına gəlib. Məktəbdə şagirdlər arasında olarkən onunla orta məktəbi keçən il bitirmiş Həsənağa Həsənov arasında münaqişə yaranıb. Münaqişə zəminində H.Həsənov Kənanı vurub və 17 yaşlı oğlan yerə yıxılıb. Bu zaman o, huşunu itirib və başından aldığı ağır xəsarət nəticəsində vəfat edib.
Artıq 17 yaşlı Kənan bu gün qəsəbə məzarlığında dəfn edilib. Maraqlıdır ki, dalaşan gənclər uzaq qohumdurlar. Onların babaları dayıoğlu-bibioğludur. H.Həsənov artıq saxlanılıb.
Faktla bağlı cinayət işi açılıb, araşdırma aparılır.
1
Metroda ölən 41 yaşlı Cavidin - FOTOSU
1085 dəfə oxunub
2
Məşhur aktrisa bu xəstəlikdən əziyyət çəkir
1078 dəfə oxunub
3
Həbsdən çıxan Elşad Xose danışdı: "Ötən gün..."
1076 dəfə oxunub
4
Azərbaycanda alim vəfat etdi
1046 dəfə oxunub
5
İqbal Ağazadənin kabinetində HƏBS - ƏMƏLİYYAT KEÇİRİLDİ
1042 dəfə oxunub