Bakıda ziyarətgahdan telefon oğurlanıb. Həmin anlar kameraya düşüb.
Xezerxeber.az məlumat verir ki, hadisə Səbail rayonunda, İçərişəhər ərazisindəki ziyarətgahda baş verib. Telefonu stolun üstünə qoyaraq namaza duran Vüsal Seyidov işini qurtardıqdan sonra onu tapa bilməyib. Təhlükəsizlik kamerasına düşən kadrları izləyəndə isə heyrətə gəlib. Görüntülərdən məlum olub ki, kreditlə aldığı və hələ də pulunu ödədiyi telefon ziyarətgahda əllərini qurulayan şəxs tərəfindən oğurlanıb. İndi polis video əsasında həmin şəxsi axtarır.
Abşeron polisi isə yeni tikilən evlərdən qapı-pəncərə, avtomobillərdən isə akkumuliyator oğurlayanları saxlayıb.
Mehdiabad qəsəbəsindən daxil olan şikayətlər əsasında əməliyyat axtarış tədbirlərinə başlayan polis şübhəli kimi Balaxanı qəsəbə sakini 42 yaşlı Natiq Seyidəliyev və Novxanı qəsəbə sakini 21 yaşlı Abbasqulu Namazovu saxlayıb. Dindirilən hər iki şəxs əməllərini etiraf ediblər. Məlum olub ki, onlar qəsəbədə yol kənarında dayanmış yük avtomobillərindən də akkumuliyator oğurlayıblar.
Polis onların cinayətlərinin sayının çox olmasını istisina etmir. Faktla bağlı hər iki şəxs barəsində oğurluq maddəsinin bir neçə bəndi ilə cinayət işi başlanıb.
Paytaxtın Nərimanov rayonu Xan Şuşinski küçəsi 11 ünvanında isə vətəndaşa məxsus velosiped oğurlanıb. Oğurluq anı kameraya düşüb.
Həmin şəxsin verdiyi məlumata görə, kadrlardakı iki nəfər 11-ci mərtəbəyə qalxaraq orda mənzilinin qapısındakı 120 manatlıq velosipedi oğurlayıblar. Görüntüdən aydın olur ki, velosipedi oğurlayan şəxslər liftlə yox, pilləkənlə çıxaraq qaçırlar. Zərərçəkmiş hadisə ilə bağlı Nərimanov rayon polis idarəsinə də məlumat verib. İndi polis həmin görüntülər əsasında həmin şəxsləri axtarır.
Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir: