Bakının girəcəyində ölümlə nəticələnən ağır yol-nəqliyyat hadisəsi baş verib. "Qafqaiznfo"ya hadisə şahidlərinin verdiyi məlumata görə, Xırdalan-Bakı istiqamətində qeydə alınan qəzaya səbəb yol polisinin "06" markalı maşını qovması olub.
Hadisə nəticəsində "90-EH-176" dövlət nömrə nişanlı VAZ-2106 markalı maşın tanınmaz hala düşüb, sürücü isə həlak olub. Həmin maşında bir nəfərin də ağır yaralandığı bildirilir.
Qeyd edək ki, qəzaya səbəb olan yol polisi "Hyundai Tucson"la sürücünü qovub, hadisə baş verəndən sonra oradan uzaqlaşıb.
1
Xırdalanlılara ŞAD XƏBƏR - Tıxac problemini həll edəcək iki böyük layihə
426 dəfə oxunub
2
Teymur Musayev Baş nazirin müavini təyin edildi - SƏRƏNCAM
425 dəfə oxunub
3
Bakıda iki avtomobil toqquşdu: Piyada öldü
423 dəfə oxunub
4
Vətən Müharibəsi Qəhrəmanına - Yüksək rütbə verildi
333 dəfə oxunub
5
Masazırda avtomobil piyadanı vuraraq öldürüb
330 dəfə oxunub