Qusarın Yeni həyat kəndində ölümlə nəticələnən bədbəxt hadisə baş verib.
Mynews.az xəbər verir ki, 53 yaşlı kənd sakini İman Mehdiyeviç Cəbrayılov yaşadığı evin 2-ci mərtəbəsinin pəncərəsində təmir işləri aparan zaman yıxılaraq dünyasını dəyişib.
İman Cəbrayılovun yıxılmasına ona gələn telefon zəngi səbəb olub. Mərhum telefonu götürən zaman üzərinə çıxdığı taxta dayaq ayağının altında qaçıb və o, yerə yıxılıb. Onun yanında olan həmkəndlisi, 55 yaşlı Balamət Cavid oğlu Balabəyov isə yüngül xəsarət alıb. O, Qusar Rayon Mərkəzi Xəstəxanasında ilkin tibbi yardım aldıqdan sonra evə buraxılıb.
Balamət Balabəyov polisə ifadəsində günorta nahar fasiləsində İman Cəbrayılovla 1 şüşə spirtli içki qəbul etdiklərini bildirib.
Qusar Rayon Prokurorluğu faktın araşdırılmasına başlayıb. Mərhumun içkili olub-olmaması ekspertizanın rəyindən sonra məlum olacaq. (Report)
1
Xırdalanlılara ŞAD XƏBƏR - Tıxac problemini həll edəcək iki böyük layihə
426 dəfə oxunub
2
Teymur Musayev Baş nazirin müavini təyin edildi - SƏRƏNCAM
425 dəfə oxunub
3
Bakıda iki avtomobil toqquşdu: Piyada öldü
423 dəfə oxunub
4
Vətən Müharibəsi Qəhrəmanına - Yüksək rütbə verildi
333 dəfə oxunub
5
Masazırda avtomobil piyadanı vuraraq öldürüb
330 dəfə oxunub