Mayın 26-da Xəzər rayonunun Şağan qəsəbəsi ərazisində Bakı şəhər sakini Hümbət Əliyevin üzərində zorakılıq əlamətləri görünməyən meyiti tapılıb.
Mynews.az Daxili İşlər Nazirliyinin ( DİN ) saytına istinadən məlumatına görə, aparılan araşdırmalar zamanı onun paytaxt sakini Ceyhun Süleymanovun evində digər iki tanışı ilə birgə yüksək dozada heroin qəbul edərək ölməsi, bundan sonra C.Süleymanovun həmin şəxslərlə birgə cəsədi “Mercedes” markalı avtomobilində Şağan qəsəbəsi ərazisinə gətirib atmaları müəyyən edilib.
Xəzər RPİ 1-ci PB əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində C.Süleymanov tutulub. Digər şəxslərin tutulması üçün tədbirlər görülür.
1
Xırdalanlılara ŞAD XƏBƏR - Tıxac problemini həll edəcək iki böyük layihə
426 dəfə oxunub
2
Teymur Musayev Baş nazirin müavini təyin edildi - SƏRƏNCAM
425 dəfə oxunub
3
Bakıda iki avtomobil toqquşdu: Piyada öldü
423 dəfə oxunub
4
Vətən Müharibəsi Qəhrəmanına - Yüksək rütbə verildi
333 dəfə oxunub
5
Masazırda avtomobil piyadanı vuraraq öldürüb
330 dəfə oxunub