Bakıda özünü 17-ci mərtəbədən atan 2 uşaq anası ilə bağlı şok... "Əri hər gün döyürdü..." - VİDEO - FOTOLAR

809
Bakıda özünü 17-ci mərtəbədən atan 2 uşaq anası ilə bağlı şok... "Əri hər gün döyürdü..." - VİDEO - FOTOLAR

Dünən axşam saatlarında paytaxtın Binəqədi rayonunda gənc qadın hündürmərtəbəli binadan düşərək, vəfat edib.

Metbuat.az xəbər verir ki, Binəqədi rayonu, Fərman Məlikov küçəsi ev 1 ünvanında yaşayan, 1993-cü il təvəllüdlü Lamiyə Rafiq qızı Qəribova 17 mərtəbəli binanın 8-ci mərtəbəsindən düşüb. O, yerindəcə keçinib. Hadisə şahidlərinin sözlərinə görə, Lamiyə həyat yoldaşı ilə böyük qızının blokdan çıxdığı anda, onların qarşısına düşüb.

Baş vermiş hadisə ilə əlaqədar Lamiyə Qəribovanın qonşuları ilə əlaqə saxladıq:

“Lamiyənin həyat yoldaşı deyir ki, guya qız pəncərə siləndə aşağı düşərək, ölüb. Amma yalan deyir. O, Lamiyəni döyüb-söyürdü. Çox kobud adamdır. Onu canından bezdirmişdi. Yazıq qız dözməyib özünü öldürdü. Lamiyənin həyat yoldaşı deyir ki, guya olanlardan sonra başına hava gəlib. Amma inanmıram ona. Deyəsən onun həyatında başqa qadın var idi. Qohumum o ailəyə gedib gəlirdi deyə, onların evlərində baş verənlərdən də xəbərdaram. Hadisə baş verəndə Lamiyənin 3 aylıq qızı evdə idi. Qapı arxadan bağlı olduğundan, Fövqəladə Hallar Nazirliyinin xilasediciləri gəlib qapını sındıraraq, körpəni içəridən çıxardılar. Lamiyənin həyat yoldaşı deyir ki, guya başına hava gəlib. Amma yalan deyir. Oğlanın anası evdə idi. Amma hazırda evdə heç kəs yoxdur”.

Qeyd edək ki, ölümün dəqiq səbəbləri hələlik məlum deyil. Faktla bağlı cinayət işi başlanıb, araşdırma aparılır.

Xəbər lenti