Anasının qətlində təqsirli bilinən və haqqında axtarış elan olunmuş şəxs könüllü olaraq polisə təslim olub.
Mynews.az xəbər verir ki, anası Kəmalə Məhərrəmovanın qətlində təqsirli bilinən 1994-cü il təvəllüdlü Mingəçevir şəhər sakini Məhərrəmov Nail Əlövsət oğlu bu gün könüllü olaraq hüquq-mühafizə orqanlarına təslim olub.
Nail Məhərrəmov ilkin dindirilmə zamanı anasını qətlə yetirdiyini etiraf edib. O, bunu anasının əxlaqdankənar hərəkətlərinə dözə bilmədiyi üçün etdiyini bildirib:
“Dəfələrlə xəbərdarlıq etdim. Bu sənlik deyil dedi. Mən də öldürdüm”.
Hadisə may ayının 27-də Mingəçevir şəhəri, Ş.İ.Xətai küçəsi, ev 10, mənzil 3-də baş verib. Həmin vaxt qətli törədən Nail Məhərrəmov hadisə yerindən qaçıb və haqında axtarış elan olunub. (report)
1
Xırdalanlılara ŞAD XƏBƏR - Tıxac problemini həll edəcək iki böyük layihə
426 dəfə oxunub
2
Teymur Musayev Baş nazirin müavini təyin edildi - SƏRƏNCAM
425 dəfə oxunub
3
Bakıda iki avtomobil toqquşdu: Piyada öldü
423 dəfə oxunub
4
Vətən Müharibəsi Qəhrəmanına - Yüksək rütbə verildi
333 dəfə oxunub
5
Masazırda avtomobil piyadanı vuraraq öldürüb
330 dəfə oxunub