Moskva regionunda qasırğa qurbanlarının sayı 16 nəfərə yüksəlib.
Mynews.az TASS-a istinadən xəbər verir ki, Rusiya İstintaq Komitəsinin məlumatına görə, onlardan 11-i Moskvada, digər 5-i isə Moskva ətrafında həlak olub.
Təbii fəlakət nəticəsində xəsarət alanların sayı və dəyən zərərin həcmi dəqiqləşdirilir. Ölənlər arasında bir yeniyetmənin olduğu məlumdur.
Daha öncə Moskvada qasırğa zamanı 170 nəfərin xəsarət aldığı, onlardan 146-nın xəstəxanaya yerləşdirildiyi, 108 nəfərin isə hələ də xəstəxanada olduğu barədə məlumat yayılmışdı.
Moskvada güclü qasırğa zamanı 3,5 mindən çox ağac kökündən qopub, 1,5 mindən çox avtomobilə və 140-dan çox yaşayış evi və inzibati binanın dam örtüyünə zərər dəyib.
1
Xırdalanlılara ŞAD XƏBƏR - Tıxac problemini həll edəcək iki böyük layihə
426 dəfə oxunub
2
Teymur Musayev Baş nazirin müavini təyin edildi - SƏRƏNCAM
425 dəfə oxunub
3
Bakıda iki avtomobil toqquşdu: Piyada öldü
423 dəfə oxunub
4
Vətən Müharibəsi Qəhrəmanına - Yüksək rütbə verildi
333 dəfə oxunub
5
Masazırda avtomobil piyadanı vuraraq öldürüb
330 dəfə oxunub