Astara rayonunda məkltəbli kafedə ofisiantı bıçaqlayıb.
Mynews.az-ın report-a istinadən məlumatına görə, hadisə Astara Bulvarında yerləşən kafelərdən birində baş verib.
Belə ki, kafedə ofisiant işləyən, Astara şəhər Heydər Əliyev prospektində yaşayan, 1993-cü il təvəllüdlü Murad Fazil oğlu Qulamzadə 16 yaşlı məktəbli, Əli Məmmədzadə tərəfindən bir neçə bıçaq zərbəsi alıb.
Yaralı ətrafdakıların köməyi ilə Lənkəran Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.
Xəstəxanadan report-a verilən məlumata görə, M.Qulamzadəyə qarının ön divarının, döş qəfəsinin və sol yan səthinin kəsilmiş-deşilmiş yaraları diaqnozu qoyulub. O, əməliyyat olunub.
Astara Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən hadisəni törətməkdə şübhəli bilinən məktəbli Ə.Məmmədzadə saxlanılıb.
Faktala bağlı araşdırma aparılır.
1
Əməkdar artist Züleyxa Hacıyeva vəfat edib
446 dəfə oxunub
2
Pegasus Rusiyaya uçuşları bərpa etdi
394 dəfə oxunub
3
Şimali Kiprdə gəmi qəzasından sonra nazir vəzifəsindən uzaqlaşdırılıb
372 dəfə oxunub
4
Bakıda məktəblərdə dezinfeksiya işləri aparılır
372 dəfə oxunub
5
SEPAH ABŞ-nin gəmilərini vurdu
215 dəfə oxunub