Astara rayon Polis Şöbəsinin Dövlət Yol Polisi Bölməsinin əməkdaşları sərnişindaşıma sahəsində təhlükəsizliyi təmin etmək məqsəd ilə reyd keçiriblər.
Mynews.az ARB TV-yə istinadən xəbər verir ki, reyd rayonun Heydər Əliyev prospektində və Ələt-Astara magistralının 244 km-də aparılıb.
İki saat ərzində baş tutan yoxlamalar zamanı artıq sərnişin götürən və qanunvericilikdə müəyyən edilmiş qaydada texniki baxışdan keçməyən sürücülər aşkarlanaraq barələrində tədbir görülüb.
Sürücü: "2 ay bundan qabaq texniki baxış və sığortadan keçmişəm. Deyir ki, biz mayın 1-nə kimi yenidən keçməliyik. Bilməmişəm, yene keçərəm”.
Sürücü: "Uşaqlar maşında çox olduğu üçün saxlayıblar. Hamısı nəvələrimdir. Hələ yarısı da evdə qalıb”.
Reyd zamanı polis əməkdaşlarına tabesizlik göstərən sürücülər də olub.
Sürücü: "Mənlik bir şey yoxdur. Uşaq xəstə idi. Kateqoriya var, amma evdən tələsik çıxmışam. Mən həmişə saxlamışam”.
Reyddə istismara yararsız, əlavə avadanlıqlar quraşdırmış, sərnişindaşıma ilə məşğul olmaq üçün fərqlənmə nişanı olmayan nəqliyyat vasitələri də saxlanılaraq cərimələniblər.
Qeyd edək ki, 30 sürücüdən 4-ü tabesizlik göstərdiyinə görə, 15-i sərnişindaşıma qaydalarını kobud şəkildə pozduğuna görə, 11-isə digər digər qayda pozuntularına görə barələrində protokol tərtib edilərək, inzibati məsuliyyətə cəlb olunub.
1
Əməkdar artist Züleyxa Hacıyeva vəfat edib
446 dəfə oxunub
2
Pegasus Rusiyaya uçuşları bərpa etdi
394 dəfə oxunub
3
Şimali Kiprdə gəmi qəzasından sonra nazir vəzifəsindən uzaqlaşdırılıb
372 dəfə oxunub
4
Bakıda məktəblərdə dezinfeksiya işləri aparılır
372 dəfə oxunub
5
SEPAH ABŞ-nin gəmilərini vurdu
215 dəfə oxunub