Dünən Qazax rayonunun Xanlıqlar kəndində yaşayan keçmiş futbolçuQoşqar Sarıyevin vəfat etməsi ilə bağlı bəzi məqamlar üzə çıxıb.
Mynews.az lent.az-a istinadən xəbər verir ki, uzun illər “Göyəzən” futbol klubunda çıxış edən və komandanın kapitanı olan Qoşqar Sarıyev səhhəti ilə əlaqədar futbolu tərk edəndən sonra mağazada satıcılıq edirmiş. O, doğma kəndində qablaşdırılan bulaq sularının satışı ilə məşğul olan mağazada işləyirmiş.
Bildirilir ki, Qoşqar Sarıyevin ürəyindəki problemlər son illərdə daha da artıb və onun gündəlik həyatına təsir edib. Maraqlıdır ki, onun ata-anası da məhz bu xəstəlik nəticəsində vaxtsız vəfat edib.
Q.Sarıyev ailəli olub, 2 övladı var. Onun həyat yoldaşı tibb bacısı işləyir.
09:52
Qazaxda futbolçu ürək tutmasından dünyasını dəyişib.
Mynews.az-ın qərb bürosunun verdiyi məlumata görə, rayonun Xanlıqlar kənd sakini, ürək xəstəliyindən əziyyət çəkən, 1980-ci il təvəllüdlü Sarıyev Qoşqar Nadim oğlunun səhhəti mayın 30-da kəskin pisləşib. O, Qazax Müalicə Diaqnostika Mərkəzinə aparılarkən yolda dünyasını dəyişib.
Qeyd edək ki, Q.Sarıyev Qazağın “Göyəzən” futbol komandasının oyunçusu olub.
APA
1
Xırdalanlılara ŞAD XƏBƏR - Tıxac problemini həll edəcək iki böyük layihə
426 dəfə oxunub
2
Teymur Musayev Baş nazirin müavini təyin edildi - SƏRƏNCAM
425 dəfə oxunub
3
Bakıda iki avtomobil toqquşdu: Piyada öldü
423 dəfə oxunub
4
Vətən Müharibəsi Qəhrəmanına - Yüksək rütbə verildi
333 dəfə oxunub
5
Masazırda avtomobil piyadanı vuraraq öldürüb
330 dəfə oxunub