Bu gün Nəsimi rayonu, Vaqif küçəsində yol qəzası baş varib.
Mynews.az avtosfer.az-a istinadən xəbər verir ki, "Mercedes GL" markalı, 90 VJ 099 dövlət nömrə nişanlı avtomobillə "Hyundai Santafe" markalı, 90 HM 466 dövlət nömrə nişanlı avtomobil toqquşub. "Mercedes"in vurduğu zərbədən idarəetməni itirən "Hyundai" səkiyə çıxaraq ağaca dəyib.
Hadisə şahidlərinin bildirdiyinə görə, 130 minlik "Mercedes"in sükanı arxasında qadın sürücü olub. Onun yaxınları hadisə yerinə gələn jurnalistlərə təzyiq göstərərək çəkiliş aparmağa imkan verməyib və maşının nömrəsini açıb gizlətmək istəyib.
Mynews.az-ın apardığı araşdırma zamanı isə məlum oldu ki, həmin "Mercedes GL" Fuad adlı şəxsə məxsusdur və heç kimə etibarnamə verilməyib.
1
Xırdalanlılara ŞAD XƏBƏR - Tıxac problemini həll edəcək iki böyük layihə
426 dəfə oxunub
2
Teymur Musayev Baş nazirin müavini təyin edildi - SƏRƏNCAM
425 dəfə oxunub
3
Bakıda iki avtomobil toqquşdu: Piyada öldü
423 dəfə oxunub
4
Vətən Müharibəsi Qəhrəmanına - Yüksək rütbə verildi
333 dəfə oxunub
5
Masazırda avtomobil piyadanı vuraraq öldürüb
330 dəfə oxunub