Bakı Ağır Cinayətlər Məhkəməsində 84 yaşlı kişini qətlə yetirməkdə təqsirləndirilən Zabil Məmmədov, İlyas Məmmədov və Ceyhunə Qurbanovanın cinayət işi üzrə məhkəmə iclası başa çatıb.
Mynews.az report-a istinadən xəbər verir ki, hakim Novruz Kərimovun sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.
Məhkəmənin hökmü ilə Z.Məmmədov 18 il, İ.Məmmədov 17 il və C.Qurvanova isə 16 il müddətinə azadlıqdan məhrum edilib.
Qeyd edək ki, qətl hadisəsi ötən il mayın 4-də baş verib. Həmin gün Bakı şəhər sakini, 84 yaşlı Məmməd Səmədovun əlləri mələfə ilə arxadan bağlı vəziyyətdə olan meyiti yaşadığı Yasamal rayonu A.Abbasov küçəsindəki mənzilində tapılıb.
Polis və prokurorluq orqanları əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış və istintaq tədbirləri nəticəsində qətli törətmiş Bakı şəhər sakinləri, əvvəllər məhkum olunmuş Z.Məmmədov, İ.Məmmədov və Yevlax rayon sakini C.Qurbanova tutulublar.
Məhkəmənin qərarı ilə onların barəsində həbs qətimkan tədbiri seçilib.