Azərbaycanda may ayı ərzində 12 nəfəri ilan sancıb.
Mynews.az xəbər verir ki, bu haqda modern.az-a Səhiyyə Nazirliyinin Klinik Tibbi Mərkəzinin Toksikologiya şöbəsinin müdiri Azər Maqsudov məlumat verib.
Baş toksikoloq deyib ki, ilan zəhərlənməsi ilə müraciət edənlərdən 4 nəfərinin vəziyyəti ağır olub.
"Onların hər birinə zərdab vurulub, lazımi tibbi yardım göstərilib. Vəziyyətləri stabilləşdikdən sonra evə buraxılıblar. İlan sancması ilə bağlı müraciət edənlərdən 1 nəfər Qəbələdən olub, qalan hamısı Bakıdandır".
O həmçinin qeyd edib ki, may ayı ərzində 3 sarı əqrəb sancması ilə bağlı müraciət daxil olub:
"Onlarda zəhərlənmə qeydə alınmayıb. Məsləhət verildikdən sonra evə buraxılıblar".
A.Maqsudovun sözlərinə görə ilan və sarı əqrəb sancması ilə bağlı müraciət edənlər arasında azyaşlılar olmayıb.
1
Rusiya Çernomorskda kater istehsalı müəssisəsini vurub
371 dəfə oxunub
2
Bakıda kafedə kütləvi dava - Bir nəfər öldürüldü - Anbaan video
352 dəfə oxunub
3
Modeli döyən iş adamına hökm oxundu
219 dəfə oxunub
4
Həbsdə olan deputat oğluna narkotik ittihamı da verildi
219 dəfə oxunub
5
Anasının üzərinə benzin töküb yandırmışdı - 22 yaşlı gəncə hökm oxundu
218 dəfə oxunub