Havaların isinməsi sahələrdə sürünənlərin çoxalması ilə müşayət olunur. Əsasən əhalinin kənd təsərrüfatı ilə məşğul olan qismi ilanlardan əziyyət çəkir.
Mynews.az ARB 24-ə istinadla xəbər verir ki, belə hadisələrdən biri Goranboyda baş verib. İlan iki nəfəri sancıb.
Əmiraslan Ağayev (zərərçəkən): "Elə bildim ayağıma tikan batıb. Baxdım ki, ilandı. Soyundum gördüm qan axır. Mən onu ayaqlamışdım deyə, sancmışdı. "Batinka"nı da deşmişdi".
İlanın hücumuna məruz qalan digər zərərçəkmiş 28 yaşlı Falid Hüseynovdur. Onu ilan ağacda tut dərərkən sancıb.
Alid Hüseynov (zərərçəkən): "Getdim ki, bir az tut yeyim. Ağaca çıxanda əlimi sancdı".
Son bir həftədə ilansancmadan 6 nəfər zərər çəkib.
1
Rusiya Çernomorskda kater istehsalı müəssisəsini vurub
371 dəfə oxunub
2
Bakıda kafedə kütləvi dava - Bir nəfər öldürüldü - Anbaan video
352 dəfə oxunub
3
Modeli döyən iş adamına hökm oxundu
219 dəfə oxunub
4
Həbsdə olan deputat oğluna narkotik ittihamı da verildi
219 dəfə oxunub
5
Anasının üzərinə benzin töküb yandırmışdı - 22 yaşlı gəncə hökm oxundu
218 dəfə oxunub