ki gün əvvəl Bakıda ağır qəzada ölən polis serjantının vəzifəli şəxsin oğlu olduğu açıqlanıb.
Mynews.az-ın report-a istinadən xəbər verir ki, polis kiçik serjantı Emil Zeynallı 5 saylı Doğum Evinin baş həkiminin müavini Aygün Qasımovanın oğludur.
Qeyd edək ki, mayın 30-da saat 10 radələrində Səbail rayonu Ə.Yaqubov küçəsində Bakı şəhər sakini Rövşən Məmmədov idarə etdiyi "Porsche" markalı avtomobili qarşıda yanacaqdoldurma məntəqəsinə dönmək istəyən Səbail Rayon Polis İdarəsinin (RPİ) Post Patrul Xidməti Bölməsinin əməkdaşı, polis kiçik serjantı Emil Zeynallının xidmət zamanı idarə etdiyi "Fiat-Dobla" markalı avtomobilə vurub.
Nəticədə E.Zeynallı hadisə yerində ölüb, R.Məmmədov isə xəstəxanaya yerləşdirilib.Səbail RPİ tərəfindən araşdırmalar davam etdirilir.
1
Rusiya Çernomorskda kater istehsalı müəssisəsini vurub
371 dəfə oxunub
2
Bakıda kafedə kütləvi dava - Bir nəfər öldürüldü - Anbaan video
352 dəfə oxunub
3
Modeli döyən iş adamına hökm oxundu
219 dəfə oxunub
4
Həbsdə olan deputat oğluna narkotik ittihamı da verildi
219 dəfə oxunub
5
Anasının üzərinə benzin töküb yandırmışdı - 22 yaşlı gəncə hökm oxundu
218 dəfə oxunub