Tanınmış jurnalist Azər İsrafilov yenidən həbs edilib.
Mynews.az xəbər verir ki, bu barədə lent.az-a hüquq-mühafizə orqanlarından məlumat verilib.
Bildirilir ki, Azər İsrafilov Xaçmaz rayonunun Yalama qəsəbəsi ərazisindən Rusiya Federasiyasına keçmək istəyərkən saxlanılıb.
Məlum olub ki, onun barəsində yenidən cinayət işi açılıb və axtarışdadır. A.İsrafilov Bakıya gətirilib.
Qeyd edək ki, A.İsrafilov 2014-cü ildə Cinayət Məcəlləsinin 178-ci (dələduzluq) maddəsi ilə təqsirli bilinərək həbs edilib. O, vətəndaşın 13 min dollar məbləğində pulunu alaraq qaytarmayıb. Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Azər İsrafilov 7 il müddətinə azadlıqdan məhrum edilib. 2 ildən sonra həbsxanadan çıxan jurnalist “Salamnews”da müxbir kimi fəaliyyətinə davam edirdi.
Onu da qeyd edək ki, Azər İsrafilov bir sıra televiziyalarda kriminal müxbir kimi işləyib.
O, 2007-2010-cu illərdə ANS-də çalışıb. Daha sonra isə İctimai Televiziyanın “Qanundan kənar” verilişinin müxbiri kimi fəaliyyət göstərib.
1
Metroda ölən 41 yaşlı Cavidin - FOTOSU
1094 dəfə oxunub
2
Məşhur aktrisa bu xəstəlikdən əziyyət çəkir
1087 dəfə oxunub
3
Həbsdən çıxan Elşad Xose danışdı: "Ötən gün..."
1085 dəfə oxunub
4
Azərbaycanda alim vəfat etdi
1054 dəfə oxunub
5
İqbal Ağazadənin kabinetində HƏBS - ƏMƏLİYYAT KEÇİRİLDİ
1051 dəfə oxunub