Türkiyədə 2 övladını boğan 26 yaşlı ana Xədicə Tiryaki həbs edilib.
Mynews.az-ın məlumatına görə, hadisə şənbə günü saat 22.00 radələrində 100 il məhəlləsi, 2165 -ci küçəsindəki 4 mərtəbəli binada baş verib.
İddialara görə, Xədicə Tiryaki 5 yaşlı oğlu Muhamməd və 6 aylıq qızı Rabianı yastıqla boğub, öldürüb. Xədicənin övladlarını öldürmə səbəbi hələlik məlum deyil.
Qadın uşaqlarını boğduqdan sonra qohumuna zəng edərək onları öldürdüyünü söyləyib. Evə gələn qohum polisə və həkimlərə xəbər verib. Ambulansla xəstəxanaya aparılan uşaqların boğulub, öldüyü dəqiqləşib.
Xədicə dərhal saxlanılıb. O, uşaqlarını boğub öldürdüyünü etiraf etsə də, bunun səbəbini polislərə deməyib.
O, məhkəmədən sonra həbsxanaya göndərilib.
1
İncəsənət Gimnaziyasının binası əsaslı təmirdən sonra istifadəyə verildi
428 dəfə oxunub
2
İstanbulda güclü fırtına: 40-dan çox təyyarə başqa hava limanlarına yönləndirilib
419 dəfə oxunub
3
Xırdalanlılara ŞAD XƏBƏR - Tıxac problemini həll edəcək iki böyük layihə
272 dəfə oxunub
4
Teymur Musayev Baş nazirin müavini təyin edildi - SƏRƏNCAM
271 dəfə oxunub
5
Bakıda iki avtomobil toqquşdu: Piyada öldü
269 dəfə oxunub