Bakıda mağazanın dam örtüyü sökülməklə oğurluq edilib.
Mynews.az-ın Daxili İşlər Nazirliyinə istinadən verdiyi məlumata görə, iyunun 1-nə keçən gecə Xəzər rayonunun Mərdəkan qəsəbəsi ərazisindəki mağazalardan birinin dam örtüyü sökülməklə 350 manat pul və tütün məmulatı oğurlanıb.
Xəzər Rayon Polis İdarəsinin (RPİ) 1-ci Polis Bölməsi (PB) , Nizami RPİ 24-cü PB və Əlahiddə Çevik Polis Alayı əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində hadisəni törətməkdə şübhəli bilinən Bakı şəhər sakini Ceyhun Məmmədov tutulub.
Məsələ ilə bağlı aparılan araşdırmalarda onun həmin gün qəsəbə ərazisindəki bir köşkdən 30 manat pul və ərzaq məhsulları, habelə mayın 11-də və 22-də isə 2 mağazadan pul və ərzaq məhsulları oğurlaması da müəyyən edilib.
1
Metroda ölən 41 yaşlı Cavidin - FOTOSU
1094 dəfə oxunub
2
Məşhur aktrisa bu xəstəlikdən əziyyət çəkir
1087 dəfə oxunub
3
Həbsdən çıxan Elşad Xose danışdı: "Ötən gün..."
1085 dəfə oxunub
4
Azərbaycanda alim vəfat etdi
1054 dəfə oxunub
5
İqbal Ağazadənin kabinetində HƏBS - ƏMƏLİYYAT KEÇİRİLDİ
1051 dəfə oxunub