Ötən gün Bakıda əsən güclü külək nəticəsində ağac kökündən çıxaraq avtomobilin üzərinə aşıb.
Mynews.az-ın məlumatına görə, bunu Bakı Şəhər İcra Hakimiyyətinin Yaşıllaşdırma Təsərrüfatı Birliyinin Bitkilərin mühafizəsi şöbəsinin rəisi Orxan Məmmədov trend-ə deyib.
Onun sözlərinə görə, ötən gün güclü külək nəticəsində Bakının Nizami rayonunda üçtikan şeytanağacı tamamilə kökündən çıxıb və pikap avtomobilin üstünə aşıb:
“Lakin avtomobilin üzərində yük olduğundan avtomobilə güclü zərər dəyməyib. Yük olmasaydı, ağac avtomobilə ciddi zərər vurardı”.
O.Məmmədov əlavə edib ki, güclü küləklə əlaqədar olaraq Bakının Nəsimi rayonunda 4 yerdə, Yasamal rayonunda isə iki yerdə ağacların budaqları sınıb. Onların arasında “Qırmızı kitab”a düşən bir ədəd Eldar şamı ağacı da olub.
1
Rusiya Çernomorskda kater istehsalı müəssisəsini vurub
371 dəfə oxunub
2
Bakıda kafedə kütləvi dava - Bir nəfər öldürüldü - Anbaan video
352 dəfə oxunub
3
Modeli döyən iş adamına hökm oxundu
219 dəfə oxunub
4
Həbsdə olan deputat oğluna narkotik ittihamı da verildi
219 dəfə oxunub
5
Anasının üzərinə benzin töküb yandırmışdı - 22 yaşlı gəncə hökm oxundu
218 dəfə oxunub