Azərbaycanda dəhşətli qəza - avtomobil körpüdən aşdı, yaralılar var-18+ - VİDEO
Bir ailənin 3 üzvü xəsarət alıb
Bakı-Quba yolunda yol-nəqliyyat hadisəsi qeydə alınıb. APA-nın şimal bürosunun verdiyi məlumata görə, hadisə magistralın 90-cı kilometrliyində qeydə alınıb. “VAZ 2107” avtomobil yoldan çıxaraq dərəyə aşıb. Qəza nəticəsində maşında olan bir ailənin 3 üzvü xəsarət alıb. Xəsarət alanlar, Bakı şəhər sakinləri - 1951-ci il təvəllüdlü İnqilab Nəcəfov, 1955-ci il təvəllüdlü Lətifə Nəcəfova və 1981-ci il təvəllüdlü Məhəmməd Nəcəfov Siyəzən Regional Diaqnostika Mərkəzinə yerləşdirilib, vəziyyətləri orta ağırdır.Fakt araşdırılır.
****
Bu gün saat 13:30 radələrində Bakı-Quba yolunun təxminən 95-ci kilometrliyində, Siyəzən rayonu ərazisində Ataçay çayının üstündəki körpüdə yol qəzası baş verib. Hadisə şahidlərinin Milli.Az-a verdiyi məlumata görə, "VAZ 2107" markalı, 90-HL497 dövlət nömrə nişanlı avtomobil idarəetməni itirərək yoldan çıxıb və yuvarlanaraq çayın yatağına aşıb.
Nəticədə sürücü və sərnişinlər müxtəlif bədən xəsarətləri alıblar. Sürücünün vəziyyəti daha ağır olub. Yaralılar Siyəzən Regional Müalicə Diaqnostika Mərkəzinə çatdırılıblar.
Sizin üçün seçdik
İndi oxunanlar
Həftənin hitləri
- Arvadını TikTok-da CANLIYA çıxardı: Kişilərin qadına dedikləri qarşısında ərin reaksiyası ŞOK ETDİ 1229 dəfə oxunub
- Onlayn dələduzluq əməlləri sürətlə yayılır - XƏBƏRDARLIQ - VİDEO 1179 dəfə oxunub
- Məşhur aparıcının sümükləri əriyir 1166 dəfə oxunub
- Son dəqiqə! Fulya Öztürk canlı yayımda hücuma məruz qaldı - ANBAAN VİDEO 1091 dəfə oxunub
- Ermənistan törətdiyi bütün cinayətlərə görə üzr istəməlidir - İlham Əliyev 1085 dəfə oxunub