İsmayıllıda sel ciddi fəsadlar törədib.
Mynews.az ARB Şəki-yə istionadən xəbər verir ki, İsmayıllı rayonunda bugün günorta saatlarından başlayaraq yağan yağış 10-15 dəqiqə ərzində güclənərək Qurbanəfəndi kəndinin Şirinsu ərazisində, Qəbələ İsmayıllı yolunun 17 km-də magistral yolda avtomobillərin hərəkətini məhdudlaşdırıb.
Özü ilə daş parçaları və ağaclar gətirən güclü sel suları İsmayıllı-Qəbələ yolunun üzərindən aşıb keçməkdə davam etdiyi üçün yolda avtomobillərin hərəkəti məhdudlaşıb.
Yolun altındakı sel-su ötürücüləri lillə dolduğu üçün selin qarşısını almaq mümkün olmayıb. Çoxlu sayda avtomobil yolda qalaraq selin dayanmasını gözləyib. Yolun lildən təmizlənməsi üçün əraziyə İsmayıllı rayon 9 saylı Yol İstismar İdarəsinin ağır texnikası əraziyə cəlb olunub, yaranan təhlükənin qarşısı alınıb.
Qabaqlayıcı tədbirlər nəticəsində avtomobillərə ziyan dəyməyib. Hərəkət bərpa olunub.
1
Rusiya Çernomorskda kater istehsalı müəssisəsini vurub
371 dəfə oxunub
2
Bakıda kafedə kütləvi dava - Bir nəfər öldürüldü - Anbaan video
352 dəfə oxunub
3
Modeli döyən iş adamına hökm oxundu
219 dəfə oxunub
4
Həbsdə olan deputat oğluna narkotik ittihamı da verildi
219 dəfə oxunub
5
Anasının üzərinə benzin töküb yandırmışdı - 22 yaşlı gəncə hökm oxundu
218 dəfə oxunub