Bu gün Bakı şəhəri, Qaradağ rayonu ərazisində püskürən vulkan "Otmanbozdağ" vulkanıdır.
Mynews.az Oxu.Az-a istinadən xəbər verir ki, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin “Bakı və Abşeron yarımadasının palçıq vulkanları qrupu Dövlət Təbiət Qoruğu”nun direktoru Ceyhun Paşayev Report-a açıqlamasında deyib ki, hazırda ərazidə ekspertiza işləri başlanılıb: “Püskürən vulkanın ocağı Səngəçalda deyil, Sahil qəsəbəsindən 36 km uzaqlıqda yerləşir. “Otmanbozdağ” vulkanı dünyanın ən böyük palçıq vulkanlarındandır. Bu günə kimi uzun illər ara ilə üç dəfə püskürüb. Axırıncı dəfə 1965-ci ilin oktyabrın 1-də püskürüb”.
Onun sözlərinə görə, vulkan püskürməsi hadisəsi fevral ayının 6-sı təxminən saat 12-13 radələrində baş verib: “Hazırda vulkan püskürməsi dayanıb”.
Mütəxəssis vulkanın yenidən püskürməsi təhlükəsi ilə bağlı danışaraq bildirib ki, “Otmanbozdağ” vulkanı ətrafında xeyli sayda kiçik vulkanlar yerləşir: “Otmanbozdağ” vulkanının yenidən püskürmə təhlükəsinin olması barədə konkret bir şey demək olmaz, amma ətrafdakı kiçik vulkanlarda aktivləşmə ehtimalı ola bilər”.
C.Paşayev əlavə edib ki, hadisənin baş verdiyi ərazinin yaxınlığında yaşayış məntəqəsi və obyektlər yoxdur.
15:28
Bu gün saat 12:20 radələrində Səngəçal qəsəbəsi yaxınlığında yerləşən Otman Bozdağ palçıq vulkanında püskürmə baş verib.
Mynews.az bizimyol-a istinadən xəbər verir ki, bu barədə Azərbaycan Coğrafiya Cəmiyyətinin üzvü Üzeyir Mikayılov məlumat verib.
Otman Bozdağ Bakıdan 35 km cənub-şərqdə yerləşir. Nisbi hündürlüyü 404 metr olan Otman Bozdağ Azərbaycanın ən hündür palçıq vulkanlarından sayılır.
Kraterin diametri isə 350 metrə çatır. Axrıncı dəfə 1 oktyabr 1965-ci ildə püskürən vulkan, bu gün saat 12:20 radələrində yenidən oyanıb. Püskürmə 20 dəqiqə davam edib.
Alovun hündürlüyü 250-300 metrə çatıb. Püskürmə nəticəsində böyük bulud əmələ gəlib.
1
Əməkdar artist Züleyxa Hacıyeva vəfat edib
446 dəfə oxunub
2
Pegasus Rusiyaya uçuşları bərpa etdi
394 dəfə oxunub
3
Şimali Kiprdə gəmi qəzasından sonra nazir vəzifəsindən uzaqlaşdırılıb
372 dəfə oxunub
4
Bakıda məktəblərdə dezinfeksiya işləri aparılır
372 dəfə oxunub
5
SEPAH ABŞ-nin gəmilərini vurdu
215 dəfə oxunub