Ötən gecə Gəncə şəhərinin Kəpəz rayonunda baş vermiş ağır yol qəzasının təfərrüatları məlum olub.
Lent.az-ın əldə etdiyi məlumata görə, Üzeyir Hacıbəyli küçəsində 1957-ci il təvəllüdlü Vəliyev Mayis İsa oğlunu vurub öldürən "Range Rover" markalı, 20 BZ 051 dövlət nömrə nişanlı avtomobili idarə edən 1987-ci il təvəllüdlü Mirzəyev Elşad Vidadi oğlunun sərxoş olduğu üzə çıxıb. İlkin araşdırma zamanı məlum olub ki, 30 yaşlı sürücü orta dərəcəli sərxoş vəziyyətdə olub.
Maraqlı məqamlardan biri də odur ki, 60 yaşlı piyadanın həyatına son qoyan hadisənin piyada keçidinin bir neçə metrliyində baş verib.
Faktla bağlı cinayət işi açılıb, araşdırma aparılır.
1
Rusiya Çernomorskda kater istehsalı müəssisəsini vurub
371 dəfə oxunub
2
Bakıda kafedə kütləvi dava - Bir nəfər öldürüldü - Anbaan video
352 dəfə oxunub
3
Modeli döyən iş adamına hökm oxundu
219 dəfə oxunub
4
Həbsdə olan deputat oğluna narkotik ittihamı da verildi
219 dəfə oxunub
5
Anasının üzərinə benzin töküb yandırmışdı - 22 yaşlı gəncə hökm oxundu
218 dəfə oxunub