Yeni doğulmuş körpələrin basdırılmasını Səhiyyə Nazirliyi yanında Analitik Ekspertiza Mərkəzinin əməkdaşları həyata keçirir.
Mynews.az xəbər verir ki, bunu teleqraf.com-a açıqlamasında Respublika Klinik Xəstəxanasının baş həkim müavini Mahir Babayev deyib.
Onun sözlərinə görə, körpəsinin ondan xəbərsiz dəfn edildiyini söyləyənGünay Axundova ağır xəstə olub: “Doğuş zamanı ananı reanimasiyaya yerləşdirdik. Cəhdlərimiz nəticə verdi, onu xilas edə bildik. Qadın reanimasiyada olanda uşaq ölmüşdü. Əmr var ki, uşaq öləndən sonra cəsədi Səhiyyə Nazirliyinin Analitik Ekspertiza Mərkəzinə təhvil verilsin. Bizim əməkdaşlar körpəni təhvil verib. Buna ananın da razılığı olub.
Uşaqların basdırılması məsələsini isə Analitik Ekspertiza Mərkəzinin əməkdaşları edir. Bütün məsələlərə aydınlıq gətirilib. Anada böyrək xəstəliyi, qan azlığı və sair problemlər vardı. Biz onu xilas etmək üçün əlmizdən gələni etmişik. Ana özü bizə təşəkkür edib ki, məni ölümdən qurtarmısız”.
Qeyd edək ki, 37 yaşlı Günay Axundova axar.az-a 2016-cı il aprelin 6-da Akademik M.Mirqasımov adına Respublika Klinik Xəstəxanasında qeysəriyyə yolu ilə doğuş etdiyini bildirib. Ana körpəsinin öldüyünü, cəsədin ondan xəbərsiz başqa altı körpənin cəsədi ilə Hövsan qəsəbəsində kimsəsizlər qəbiristanlığında basdırıldığını iddia edib.
1
Metroda ölən 41 yaşlı Cavidin - FOTOSU
1094 dəfə oxunub
2
Məşhur aktrisa bu xəstəlikdən əziyyət çəkir
1087 dəfə oxunub
3
Həbsdən çıxan Elşad Xose danışdı: "Ötən gün..."
1085 dəfə oxunub
4
Azərbaycanda alim vəfat etdi
1054 dəfə oxunub
5
İqbal Ağazadənin kabinetində HƏBS - ƏMƏLİYYAT KEÇİRİLDİ
1051 dəfə oxunub