İmişlidə baş verən yol qəzasında sərnişin ölüb.
APA-nın Mil-Muğan bürosunun məlumatına görə, hadisə Ağsu - Kürdəmir- Bəhrəmtəpə avtomobil yolunun İmişli rayonu, Ağaməmmədli kəndi ərazisindən keçən hissəsində qeydə alınıb.
İmişli sakini Əbilov Vaqif Ədil oğlunun idarə etdiyi “Mercedes” markalı “90 BC 914” dövlət nömrə nişanlı avtomobil yol kənarında dayanan, Ağaşov Vüqara məxsus “QAZ 53” markalı "58 BA 673" dövlət nömrə nişanlı yük maşınına çırpılıb.
Nəticədə “Mercedes” markalı avtomobildə olan sərnişin, İmişli sakini, 1958-ci il təvəllüdlü Vaqif Məmmədov dünyasını dəyişib. Hadisə yerinə Kürdəmir FHN xilasediciləri cəlb edilib. Avtomobildə sıxılıb qalan meyit xilasedicilər tərəfindən çıxarılaraq aidiyyatı üzrə təhvil verilib.
Faktla bağlı araşdırma aparılır.
***
İmişlidə ölümlə nəticələnən yol qəzası baş verib.
Mynews.az Fövqəladə Hallar Nazirliyinin (FHN) saytına istinadən verdiyi xəbərə görə, nazirliyin Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə İmişli rayonu, Ağaməmmədli kəndi ərazisində “QAZ” markalı yük avtomobili ilə “Mercedes” markalı minik avtomobilinin toqquşması nəticəsində yol nəqliyyat qəzasının baş verməsi barədə məlumat daxil olub.
Dərhal Nazirliyin Dövlət Yanğından Mühafizə Xidmətinin yanğınsöndürən-xilasediciləri hadisə yerinə cəlb olunaraq minik avtomobilində sıxılmış vəziyyətdə qalmış 1958-ci il təvəllüdlü Məmmədov Valeh Haqverdi oğlunun cəsədini çıxarıb və aidiyyətı üzrə təhvil veriblər. Əməliyyat saat 23:05-də başa çatıb.
1
Metroda ölən 41 yaşlı Cavidin - FOTOSU
1094 dəfə oxunub
2
Məşhur aktrisa bu xəstəlikdən əziyyət çəkir
1087 dəfə oxunub
3
Həbsdən çıxan Elşad Xose danışdı: "Ötən gün..."
1085 dəfə oxunub
4
Azərbaycanda alim vəfat etdi
1054 dəfə oxunub
5
İqbal Ağazadənin kabinetində HƏBS - ƏMƏLİYYAT KEÇİRİLDİ
1051 dəfə oxunub