Bakıda vətəndaşları aldadaraq pullarını mənimsəyən falçı tutulub.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Mynews.az-a verilən məlumata görə, Bakı şəhər sakinləri olan iki nəfər polisə müraciət edərək bir qadın tərəfindən fala baxmaq adı ilə aldadılaraq ümumilikdə 1100 manat pullarının alındığını bildiriblər.
Həyata keçirilən təxirəsalınmaz əməliyyat tədbirləri nəticəsində həmin dələduzluq əməlini törədənin Bakı şəhər sakini Roziya Jelandinovnaolması müəyyən edilib və görülən tədbirlərlə həmin şəxs tutulub.
Faktla bağlı Cinayət Məcəlləsinin 178-ci (dələduzluq) maddəsi ilə cinayət işi başlanıb, araşdırma aparılır.
Dələduzluq etməkdə şübhəli bilinən Roziya Jelandinovnanın digər analoji cinayətlərdə iştirak etdiyini də istisna olunmur. Qeyd olunub ki, onun əməllərindən zərərçəkən başqa vətəndaşlar varsa, bu barədə Daxili işlər Nazirliyinin “102” Zəng Mərkəzinə müraciət edə bilərlər.
1
Metroda ölən 41 yaşlı Cavidin - FOTOSU
1094 dəfə oxunub
2
Məşhur aktrisa bu xəstəlikdən əziyyət çəkir
1087 dəfə oxunub
3
Həbsdən çıxan Elşad Xose danışdı: "Ötən gün..."
1085 dəfə oxunub
4
Azərbaycanda alim vəfat etdi
1054 dəfə oxunub
5
İqbal Ağazadənin kabinetində HƏBS - ƏMƏLİYYAT KEÇİRİLDİ
1051 dəfə oxunub