Daxil olan əməliyyat məlumatı əsasında Kəpəz Rayon Polis İdarəsinin əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində Gəncə şəhər sakini Rəhim Heydərovun evinə baxış zamanı oradan 1800 ədəd "Gəncə Şərab-2" və "Premium Vodka" yazılı etiket, 1794 ədəd spirtli içki başlığı və 887 ədəd aksiz markası aşkar edilərək götürülüb.
Mynews.az bu barədə DİN-ə istinadən xəbər verir.
Əmtəə nişanlarını R.Heydərova həmyerlisi İbrahim Allahverdiyevin satdığı məlum olub və o, saxlanılıb. Araşdırmalarla İ.Allahverdiyevin bir ay əvvələ qədər "Gəncə Şərab-2" ASC-də işlədiyi, lakin oğurluq etməsi şübhə doğurduğundan, həmçinin işində yol verdiyi nöqsanlara görə oradan uzaqlaşdırıldığı aydın olub.
Saxlanılan İ.Allahverdiyev etiraf edib ki, işlədiyi müddətdə oğurladığı həmin əmtəə nişanlarını bağlamalarda zavodun ərazisində olarkən hasar üzərindən çölə atıb, işdən çıxandan sonra həmin yerdən götürməklə nəzarətdən yayına bilib və ələ keçirdiyi malları R.Heydərova satıb.
Faktla əlaqədar Gəncə Şəhər Baş Polis İdarəsinin İstintaq və Təhqiqat İdarəsində araşdırmalar aparılır.
1
Rusiya Çernomorskda kater istehsalı müəssisəsini vurub
371 dəfə oxunub
2
Bakıda kafedə kütləvi dava - Bir nəfər öldürüldü - Anbaan video
352 dəfə oxunub
3
Modeli döyən iş adamına hökm oxundu
219 dəfə oxunub
4
Həbsdə olan deputat oğluna narkotik ittihamı da verildi
219 dəfə oxunub
5
Anasının üzərinə benzin töküb yandırmışdı - 22 yaşlı gəncə hökm oxundu
218 dəfə oxunub