Əməkdar artistin oğlu vəfat edib Əməkdar artist, Gəncə Dövlət Teatrının aktyoru Salam İsmayılın oğlu dünyasını dəyişib.
Salam İsmayıl
Mynews.az xəbər verir ki, bu barədə yenicag.az-a aktyorun həmkarı və yaxın dostu, Əməkdar artist Novruz Cəfərov məlumat verib.
“Oğlunu itirməklə Salamın beli büküldü. Özü də elə faciəli ölümü Allah heç bir ataya göstərməsin. Azər cavan idi, amma səhhətində müəyyən problemlər vardı. Taksi sürücüsü kimi fəaliyyət göstərirdi. İşıqforun qırmızı işığında dayanıb, yaşıl işıq yanıb, avtomobili yerindən tərpənməyib. Ətrafdakılar siqnal versələr də, xeyri olmayıb. Gəlib baxıblar ki, yazıq keçinib. Problem ürəyində idi. İki azyaşlı övladını qoca atasının ümidinə qoyub getdi”.
Qeyd edək ki, S.İsmayıl “Yük”, “Cavadxan”, “Koroğlu” və digər filmlərdə də rol alıb.

1
Rusiya Çernomorskda kater istehsalı müəssisəsini vurub
371 dəfə oxunub
2
Bakıda kafedə kütləvi dava - Bir nəfər öldürüldü - Anbaan video
352 dəfə oxunub
3
Modeli döyən iş adamına hökm oxundu
219 dəfə oxunub
4
Həbsdə olan deputat oğluna narkotik ittihamı da verildi
219 dəfə oxunub
5
Anasının üzərinə benzin töküb yandırmışdı - 22 yaşlı gəncə hökm oxundu
218 dəfə oxunub