Cəlilabad rayonunda yol-nəqliyyat hadisəsi baş verib.
Mynews.az Report-a istinadən xəbər verir ki, hadisə Ələt-Astara magistralının Cəlilabad rayonu ərazisindən keçən hissəsində qeydə alınıb.
Belə ki, rayonun Ağdaş kənd sakini, 1941-ci il təvəllüdlü Cavad Qüdrət oğlu Cavadov idarə etdiyi “Mercedes” markalı avtomobillə hərəkətdə olan zaman idarəetməni itirib və yolun kənarındakı ağaca çırpılıb. Nəticədə ağır bədən xəsarətləri alan C.Cavadov Biləsuvar Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb. Xəstəxanadan bildirilib ki, yaralı koma vəziyyətində Reanimasiya şöbəsinə yerləşdirilib.
Faktla bağlı araşdırmalara başlanılıb.
1
Rusiya Çernomorskda kater istehsalı müəssisəsini vurub
371 dəfə oxunub
2
Bakıda kafedə kütləvi dava - Bir nəfər öldürüldü - Anbaan video
352 dəfə oxunub
3
Modeli döyən iş adamına hökm oxundu
219 dəfə oxunub
4
Həbsdə olan deputat oğluna narkotik ittihamı da verildi
219 dəfə oxunub
5
Anasının üzərinə benzin töküb yandırmışdı - 22 yaşlı gəncə hökm oxundu
218 dəfə oxunub