Rusiyada kriminal avtoritet azərbaycanlı biznesmeni diri-diri basdırdı
Moskvada diri-diri basdırılan azərbaycanlı iş аdamı Hikmət Salayevin başına gələnlərlə bağlı bəzi məqamlar aydınlaşıb.
Mynews.az-ın Lent.az-a istinadən məlumatına görə, əslində H.Salayevin şəriklərinə 1 milyon 500 min rubl borcu olub. Bu borcu isə şərikləri ona yox, əmisi oğluna veriblərmiş. Amma əmisi oğlu həmin borcu qaytarmadığından şərikləri Hikmətə müraciət ediblər. Hikmət isə yaxın zamanda borcu qaytara bilməyəcəyini bildirib. Bundan sonra pul sahibləri “Prokladka” ləqəbli “qanuni oğru”ya müraciət ediblər və onunla görüş təyin ediblər. Hikmət görüşə gedəndə məlum olub ki, “Prokladka” tək deyil. Onunla birgə 30-dək silahlı şəxs də Hikməti gözləyir.
“Qanuni oğru” Hikmətlə qısa söhbətdən sonra ona xərac qoyub. Hikmətə bildirilib ki, artıq onun borcu 1 milyon 500 min yox, 30 milyon rubldur.
Hikmət bu qədər pulu vermək iqtidarında olmadığını deyib. Cavabında isə onu Lyubersk rayon qəbiristanlığana apırıb basdırıblar. Hikmət quldurların onu diri-diri basdıracaqlarını görüb qardaşına zəng etmək istədiyini bildirib.
Bir saatdan sonra onun qardaşı bir milyon pul və iki bahalı avtomobil gətirərək quldurlara verib. Bundan sonra Himkəti sərbəst buraxıblar.
Quldurların əlindən qurtulan Salayev Moskva şəhəri “Marğinskiy Park” polis idarəsinə üz tutub və baş verənlərlə bağlı ərizə yazıb. Polis isə onun ərizəsini qəbul etməyib. Ona beləcə də deyilib: “Siz azərbaycanlılar, gedin, öz problemlərinizi özünün bildiyiniz kimi həll edin”. Bundan sonra Salayev Federal Təhlükəsizlik Xidmətinə müraciət edir. Aparılan əməliyat nəticəsində onun şəriklərindən biri saxlanılıb.
Hadisə
- Azyaşlı qızını öldürməkdə şübhəli bilinən atanın saxlanılma anı - VİDEO
- Azərbaycanda əlaçı şagird, olimpiadaların iştirakçısı intihar etdi
- Azərbaycanlı ailənin faciəvi sonu - Əhməd olayına bənzədildi
- Məşhur azərbaycanlı aktrisa vəfat etdi - FOTO
- Anası məktəbdən gələndən sonra Əhməd marketin arxa hissəsindən baltanı götürərək... - ŞOK DETALLAR
- Öldürülən bacı və övladının GÖRÜNTÜLƏRİ
Sizin üçün seçdik
İndi oxunanlar
Həftənin hitləri
- ANS-in keçmiş aparıcısı həmcinsi ilə nişanlandı - FOTO 959 dəfə oxunub
- İmtahanda yüksək bal toplayan Mələkxanım bu tanınmış şəxsin qızı imiş 918 dəfə oxunub
- Nar-dan xüsusi təklif: 10%-dək endirimlə smartfon! 910 dəfə oxunub
- Aytən Səfərova ağır qəzaya düşdü 909 dəfə oxunub
- Fransa Azərbaycandakı səfirini geri çağırıb 906 dəfə oxunub