Bu gün səhər ailəsi ilə birgə qəzaya düşən tanınmış jurnalist Ceyhun Musaoğlu baş verən hadisə ilə bağlı açıqlama verib.
Mynews.az xəbər verir ki, jurnalist lent.az-a bildirib ki, hazırda özü və ailə üzvləri evdədirlər, ciddi xəsarət almayıblar və özlərini yaxşı hiss edirlər:
“Hadisə Naxçıvani küçəsi ilə Ağasadıq Gəraybəyli küçələrinin kəsişməsində baş verib. Həmin yerdə olan “stop” işarəsi ağacların arasında gizləndiyinə görə görünmür, bu da ciddi problemə səbəb olur. Sağ tərəfdən gələn “KİA”nı mən heç görmədim. Qəza zamanı mənim maşınım bir dəfə aşdı, təkərləri göydə qaldı. Sağ olsun ərazidən keçən insanlar, yardım elədilər”.
C. Musaoğlu deyib ki, toqquşduğu “KİA”nın sürücüsü ilə “Facebook”da dostdur: “Hətta bir müddət əvvəl danışdıq ki, yaxın zamanlarda görüşək. “Görüş" də indi oldu”.
11:07
Azərbaycan Prezidenti yanında Bilik Fondunun mətbuat katibi, tanınmış jurnalist Ceyhun Musaoğlu (Musayev) avtomobil qəzasına düşüb.
Mynews.az xəbər verir ki, onun dostu, jurnalist Nicat Dağların report-a verdiyi məlumata görə, hadisə Dərnəgül şosesində qeydə alınıb.
Belə ki, C.Musaoğlunun idarə etdiyi "KİA" markalı avtomobil digər maşınla toqquşub. Nəticədə "KİA" bir neçə dəfə aşıb.
Hadisə zamanı avtomobildə olan C.Musaoğlunun həyat yoldaşı başından xəsarət alıb. Onun özü və qızı isə yüngül bədən xəsarətləri alıblar. Onlar xəstəxanaya aparılıb. Orada yaralılara ambulator yardım göstərilərək evə buraxılıb.
1
Rusiya Çernomorskda kater istehsalı müəssisəsini vurub
371 dəfə oxunub
2
Bakıda kafedə kütləvi dava - Bir nəfər öldürüldü - Anbaan video
352 dəfə oxunub
3
Modeli döyən iş adamına hökm oxundu
219 dəfə oxunub
4
Həbsdə olan deputat oğluna narkotik ittihamı da verildi
219 dəfə oxunub
5
Anasının üzərinə benzin töküb yandırmışdı - 22 yaşlı gəncə hökm oxundu
218 dəfə oxunub