Türkiyədə müalicə olunan energetika naziri Natiq Əliyev vəfat edib.
Bu barədə APA-nın Türkiyə müxbirinə Azərbaycanın İstanbuldakı Baş Konsulluğundan məlumat verilib.
***
Azərbaycanın energetika naziri Natiq Əliyevin səhhəti qənaətbəxşdir.
Mynews.az xəbər verir ki, bu barədə "Report"un Türkiyə bürosuna nazirin yerləşdirildiyi İstanbulun “Florence Nightingale” xəstəxanasından bildirilib.
Səhiyyə müəssisəsindən bildirilib ki, N.Əliyev vəziyyəti stabilləşəndən sonra əməliyyata götürüləcək. Hazırda azərbaycanlı nazir reanimasiya şöbəsində ciddi nəzarət altındadır.
Qeyd edək ki, N.Əliyev iyunun 4-də ürək dayanması diaqnozu ilə Bakıda Mərkəzi Neftçilər Xəstəxanasına yerləşdirilmişdi. Həkimlərin müdaxiləsindən sonra onu həyata qaytarmaq mümkün olub.
Onu müayinə etmək üçün Türkiyədən həkim briqadası çağırılıb. Azərbaycanlı həkimlərlə birlikdə aparılan müayinə və konsilumun nəticəsində N.Əliyevin müalicəsinin Türkiyədəki xəstəxanalardan birində davam etdirilməsinə qərar verilib. Nazir iyunun 4-dən 5-nə keçən gecə türkiyəli həkimlərin müşayiətilə özəl təyyarə vasitəsilə Türkiyəyə aparılıb.
1
20 Yanvar faciəsindən 36 il ötür
1018 dəfə oxunub
2
Çin Trampın təşəbbüs etdiyi “Sülh Şurası”na dəvət alıb
972 dəfə oxunub
3
Azərbaycan nefti ucuzlaşdı
971 dəfə oxunub
4
Azərbaycanda əsgərlik müddəti 6 aya endirilir?
916 dəfə oxunub
5
Azərbaycan Trampın dəvətini qəbul etdi - Sülh Şurasına üzv olacağıq
904 dəfə oxunub