Bakıda ölümlə nəticələnən yol qəzası baş verib.
Mynews.az Lent.az-a istinadən xəbər verir ki, Zığ qəsəbəsində Seyidov Məmməd Təvəkkül oğlu idarə etdiyi “Nissan X-Trail” markalı, 99 FT 314 dövlət qeydiyyat nişanlı avtoimobillə nəvəsi, 2013-cü ildə anadan olmuşZalov İsrafil Səcəddin oğlunu vurub.
Azyaşlı hadisə yerindəcə vəfat edib.
Bildirilir ki, hadisə dünən saat 18:50 radələrində Məmməd Seyidov avtomaşınla işdən evə gələndə baş verib. Qapı açılandan sonra o, maşını həyətə salıb və bu zaman dörd yaşlı İsrafil ehtiyatsızlıqdan təkərin altında qalıb.
Faktla bağlı araşdırma aparılır.
1
Rusiya Çernomorskda kater istehsalı müəssisəsini vurub
371 dəfə oxunub
2
Bakıda kafedə kütləvi dava - Bir nəfər öldürüldü - Anbaan video
352 dəfə oxunub
3
Modeli döyən iş adamına hökm oxundu
219 dəfə oxunub
4
Həbsdə olan deputat oğluna narkotik ittihamı da verildi
219 dəfə oxunub
5
Anasının üzərinə benzin töküb yandırmışdı - 22 yaşlı gəncə hökm oxundu
218 dəfə oxunub