Bakıda iş adamlarına qarşı dələduzluqda təqsirləndirilən Arzuman Əliyev Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmündən apellyasiya şikayəti verib.
Mynews.az-ın APA-ya istinadən verdiyi xəbərə görə, şikayətə iyunun 14-də, Bakı Apellyasiya Məhkəməsində hakim İlqar Murquzovun sədrliyi ilə baxılacaq
İttihama görə, A.Əliyev iş adamı Rüfət Vəliyevi SOCAR-ın Hüquq Departamentində şöbə müdiri təyin etdirmək adı ilə ona məxsus külli miqdarda əmlakı ələ keçirib. Bundan başqa, o, həmin ilin yayında iş adamı Etibar Kərimovun etibarından istifadə edərək ona külli miqdarda ziyan vurub. 2007-2008-ci illərdə təkrarən eyni məqsədlə iş adamları Nazim Tahirova və Elbrus Məmmədova məxsus külli miqdarda əmlakı mənimsəyərək talan edib.
Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə A. Əliyev 11 il müddətinə azadlıqdan məhrum edilib.
1
Rusiya Çernomorskda kater istehsalı müəssisəsini vurub
371 dəfə oxunub
2
Bakıda kafedə kütləvi dava - Bir nəfər öldürüldü - Anbaan video
352 dəfə oxunub
3
Modeli döyən iş adamına hökm oxundu
219 dəfə oxunub
4
Həbsdə olan deputat oğluna narkotik ittihamı da verildi
219 dəfə oxunub
5
Anasının üzərinə benzin töküb yandırmışdı - 22 yaşlı gəncə hökm oxundu
218 dəfə oxunub