Bakıda avtomobilin dayanacağa çırpılması nəticəsində xəsarət alanlardan biri xəstəxanada dünyasını dəyişib.
Mynews.az APA-ya istinadən xəbər verir ki, qəza nəticəsində xəsarətlə xəstəxanaya yerləşdirilən, 1978-ci il təvəllüdlü Tahirə Mahruzova orada ölüb.
Qeyd edək ki, məlum hadisə iyunun 8-də Yeni Suraxanı qəsəbəsində qeydə alınıb. Bakı şəhər sakini Hüseyn Novruzovun idarə etdiyi "Nissan" markalı avtomobil idarəetməni itirərək dayanacağa çırpılıb. Nəticədə dayanacaqda olan üç nəfər - 1978-ci il təvəllüdlü Tahirə Mahruzova, 1986-cı il təvəllüdlü Həsən Əliyev və orta yaşlı kişi xəsarətlə xəstəxanaya yerləşdirilib.
1
Rusiya Çernomorskda kater istehsalı müəssisəsini vurub
371 dəfə oxunub
2
Bakıda kafedə kütləvi dava - Bir nəfər öldürüldü - Anbaan video
352 dəfə oxunub
3
Modeli döyən iş adamına hökm oxundu
219 dəfə oxunub
4
Həbsdə olan deputat oğluna narkotik ittihamı da verildi
219 dəfə oxunub
5
Anasının üzərinə benzin töküb yandırmışdı - 22 yaşlı gəncə hökm oxundu
218 dəfə oxunub