İyunun 8-də Bakıda avtobus dayanacağındakı dörd sərnişini vuran avtomobilin fotoları yayılıb.
Lent.az xəbər verir ki, səhər saatlarında Heydər Əliyev prospektinin Suraxanıdan keçən hissəsində sürətlə avtobus dayanacağına toplaşmış insanlara çırpılan “Nissan Qashgai” markalı 99 CH 185 dövlət nömrə nişanlı avtomobilin vəziyyəti qəzanın nə qədər dəhşətli olduğunu göstərir.
Bu arada, qəza nəticəsində xəsarətlə xəstəxanaya yerləşdirilən, 1978-ci il təvəllüdlü Tahirə Mahruzova orada ölüb. Qəzada yaralanan fotoqraf Azər Həmzəyev isə koma vəziyyətindədir. Yaxınları ona təcili olaraq müsbət 4 resurslu qan köçürülməli olduğunu bildiriblər və yardım istəyiblər. Qəzada yaralanan digər 2 nəfərin də vəziyyəti ağır qiymətləndirilir.
1
Rusiya Çernomorskda kater istehsalı müəssisəsini vurub
371 dəfə oxunub
2
Bakıda kafedə kütləvi dava - Bir nəfər öldürüldü - Anbaan video
352 dəfə oxunub
3
Modeli döyən iş adamına hökm oxundu
219 dəfə oxunub
4
Həbsdə olan deputat oğluna narkotik ittihamı da verildi
219 dəfə oxunub
5
Anasının üzərinə benzin töküb yandırmışdı - 22 yaşlı gəncə hökm oxundu
218 dəfə oxunub