Sumqayıtda uşaqlar arasında yayılan xəstəliyin mədə-bağırsaq infeksiyası olduğu ehtimal edilir.
Mynews.az bildirir ki, bunu report.az-a Respublika Gigiena Və Epidemologiya Mərkəzinin direktoru İmran Abdullayev bildirib.
O qeyd edib ki, artıq xəstəxana tərəfindən də oxşar diaqnoz qoyulub: " Onlar dəqiqləşdirilməmiş virus infeksiyası, bəzilərinə də mədə bağırsaq virus infeksiyası qoyulub. Hazırda 14 uşağa bu dioqnoz qoyulub. Son 3 gün ərzində Saray, Masazır, Corat, H.Z.Tağıyev və Ceyranbatan qəsəbələrindən xəstəxanaya müraciət edənlərin sayı 119 nəfərdir. Onlardan 72 nəfəri təkcə Tağıyev qəsəbəsinin sakinləridir. Saray, Masazır, Coratda infeksiyanın sudan düşdüyü ehtimal edilir. Hazırda bir sıra əməkdaşalarımız uşaqların gətirildiyi ünvanlardan su nümunələri götürür. Labarator müayinələr aparılacaq. Son məlumatlar ictimayətə açıqlanacaq".
---------
14:56
Sumqayıt şəhərində uşaqlar arasında kütləvi zəhərlənmə baş verib.
Mynews.az report.az-a istinadən bildirir ki, ötən gündən başlayaraq şəhərin H.Z.Tağıyev cə Ceyranbatan qəsəbəsində yaşayan 60-dan çox uşaq zəhərlənmə diaqnozu ilə Sumqayıt şəhər 1 saylı Uşaq Xəstəxanasına yerləşdirilib. Xəstaxanada bildirilib ki, əsasən qusma, halsızlıq, ishal və kəskin baş ağrıları səbəbindən xəsatəxanaya kütləvi müraciət daxil olub: "Xəstəxanaya müraciət edən uşaqların bir qisminə ilkin tibbi yardım göstərilərək evə buraxılıb. Hazırda 40-a yaxın uşaq zəhərlənmə diaqnozu ilə xəstəxanada müalicə olunur. Zəhərlənən uşaqlar əsasən iki və yeddi yaş arasıdır. Zəhərlənmənin dəqiq səbəbləri hələlik məlum deyil. Lakin uşaqlardan götürülən analizlərin nümunələri labaratoriyaya göndərlib. Uşaqlar arasında kütləvi zəhərlənmənin səbəbləri labaratoriyanın verdiyi rəydən sonra məlum olacaq".
Qeyd edək ki, Səhiyyə Nazirliyinin və Respublika Gigiyena və Epidemiologiya Mərkəzinin əməkdaşları xəstəxanada olub.
Milli.Az