Dünən Bakıda baş vermiş yol qəzasında vəfat edən şəxsin adı müəyyənləşib. Lent.azxəbər verir ki, iyunun 9-da saat 11 radələrində Qaradağ rayonunun Qızıldaş qəsəbəsində Abşeron rayon sakini Nurlan Abdullayev idarə etdiyi “Mercedes” markal avtomobili yol ayırıcısına vurub. Nəticədə onun sərnişinlərindən həmyerlisi, 24 yaşlı Sadiq Məsiyev hadisə yerində ölüb.
Baş İstintaq və Təhqiqat İdarəsi tərəfindən araşdırma aparılır.
*****
11:16
Bakıda ağır yol qəzası baş verib. Lent.az xəbər verir ki, Bakı-Ələt magistralının 29-cu kilometrliyində - Yol Patrul Xidmətinin Qaradağ postunun yaxınlığında 01 BU 120 dövlət qeydiyyat nişanlı "Mercedes" qəzaya uğrayıb. Avtomobilin idarəetmədən çıxaraq yolun ortasındakı metal çəpərlərə çırpılması nəticəsində 1 nəfər ölüb, 3 nəfər isə ağır xəsarət alıb. Ölən və yaralananların hamısı gənc oğlanlardır.
Faktla bağlı araşdırma aparılır.
1
20 Yanvar faciəsindən 36 il ötür
1018 dəfə oxunub
2
Çin Trampın təşəbbüs etdiyi “Sülh Şurası”na dəvət alıb
972 dəfə oxunub
3
Azərbaycan nefti ucuzlaşdı
971 dəfə oxunub
4
Azərbaycanda əsgərlik müddəti 6 aya endirilir?
916 dəfə oxunub
5
Azərbaycan Trampın dəvətini qəbul etdi - Sülh Şurasına üzv olacağıq
904 dəfə oxunub