Bu gün səhər saat 6 radələrində Salyan rayonunun Şəkərli kəndində yaxınlıqdakı istixanalardakı iş yerlərinə gedən iki qadına canavar hücum edib.
Mynews.az Virtualaz.org-a istinadən məlumatına görə, hadisə qayın arvadları olan 48 yaşlı Tahirə Həbulla qızı Səmədova və 45 yaşlı Nazlı Məmmədağa qızı Səmədova kollektorun çöl sahəsinə tərəf keçərək iş yerlərinə gedərkən baş verib.
Belə ki, yaxınlıqdakı kolluqda yatmış canavar bu zaman hər iki qadına hücum edərək qollarından xəsarətlər yetirib.
Bu zaman öz sürülərini çölə otarmağa aparan sakinlər qadınların harayına gələrək çomaqla canavarı öldürüblər.
Salyan rayon Mərkəzi Xəstəxanasına çatdırılan hər iki qadına quduzluq əleyhinə peyvənd vurulub. Onlar tibbi yardım göstərdikdən sonra evə buraxılıblar.
1
Rusiya Çernomorskda kater istehsalı müəssisəsini vurub
371 dəfə oxunub
2
Bakıda kafedə kütləvi dava - Bir nəfər öldürüldü - Anbaan video
352 dəfə oxunub
3
Modeli döyən iş adamına hökm oxundu
219 dəfə oxunub
4
Həbsdə olan deputat oğluna narkotik ittihamı da verildi
219 dəfə oxunub
5
Anasının üzərinə benzin töküb yandırmışdı - 22 yaşlı gəncə hökm oxundu
218 dəfə oxunub