Sumqayıt şəhərində və ətraf qəsəbələrdə baş vermiş kütləvi zəhərlənmə ilə bağlı xəstəxanaya yerləşdirilmiş uşaqların əksəriyyəti evə buraxılıb. Bu barədə Mynews.az-a Sumqayıt şəhər Uşaq Xəstəxanasının baş həkimi Müşfiq Məmmədli məlumat verib. O bildirib ki, vəziyyət nəzarət altındadır: “Uşaqların əksəriyyəti evə yazılıb. Yeni gələnlər də artıq yoxdur. Lazım olan bütün yardımlar göstərilir və xəstəxanadakı uşaqların hamısının vəziyyəti stabildir. Narahatlığa əsas yoxdur”.
Qeyd edək ki, xəstəxanaya gətirilən uşaqların hamısı Şollardan gələn yeraltı kanal vasitəsi ilə içməli su ilə təchiz edilmiş evlərdə yaşayır. Ehtimal edilir ki, su kanalına kənar su qarışıb.
1
Rusiya Çernomorskda kater istehsalı müəssisəsini vurub
371 dəfə oxunub
2
Bakıda kafedə kütləvi dava - Bir nəfər öldürüldü - Anbaan video
352 dəfə oxunub
3
Modeli döyən iş adamına hökm oxundu
219 dəfə oxunub
4
Həbsdə olan deputat oğluna narkotik ittihamı da verildi
219 dəfə oxunub
5
Anasının üzərinə benzin töküb yandırmışdı - 22 yaşlı gəncə hökm oxundu
218 dəfə oxunub