Bərdə rayonunun Lək kəndində ölümlə nəticələnən yol qəzası baş verib. Mynews.az Report-a istinadən xəbər verir ki, hadisə 56 yaşlı Bərdə rayon sakini Süleymanov Hüseyn Zülfüqar oğlunun idarə etdiyi "Qazel" markalı yük avtomobili yol kənarında duran "Shacman" markalı yük maşınına arxadan çırpması nəticəsində qeydə alınıb.
Qəza zamanı sürücü ağır bədən xəsarətləri alıb, onun yanında əyləşən 26 yaşlı oğlu, Bərdə rayon sakini Süleymanov Yasin Hüseyn oğlu isə hadisə yerində dünyasını dəyişib. H.Süleymanov ətrafdakıların köməkliyi ilə Bərdə Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb. Müxtəlif bədən xəsarətləri almış yaralının vəziyyəti orta-ağırdır.
Faktla bağlı rayon Polis şöbəsində araşdırma aparılır.
1
Rusiya Çernomorskda kater istehsalı müəssisəsini vurub
371 dəfə oxunub
2
Bakıda kafedə kütləvi dava - Bir nəfər öldürüldü - Anbaan video
352 dəfə oxunub
3
Modeli döyən iş adamına hökm oxundu
219 dəfə oxunub
4
Həbsdə olan deputat oğluna narkotik ittihamı da verildi
219 dəfə oxunub
5
Anasının üzərinə benzin töküb yandırmışdı - 22 yaşlı gəncə hökm oxundu
218 dəfə oxunub