Bərdə rayonunun Lək kəndində ölümlə nəticələnən yol qəzası baş verib.
"Report"un Qarabağ bürosu xəbər verir ki, hadisə 56 yaşlı Bərdə rayon sakini Süleymanov Hüseyn Zülfüqar oğlunun idarə etdiyi "Qazel" markalı yük avtomobili yol kənarında duran "Shacman" markalı yük maşınına arxadan çırpması nəticəsində qeydə alınıb.
Qəza zamanı sürücü ağır bədən xəsarətləri alıb, onun yanında əyləşən 26 yaşlı oğlu, Bərdə rayon sakini Süleymanov Yasin Hüseyn oğlu isə hadisə yerində dünyasını dəyişib. H.Süleymanov ətrafdakıların köməkliyi ilə Bərdə Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb. Müxtəlif bədən xəsarətləri almış yaralının vəziyəti orta-ağırdır.
Faktla bağlı rayon Pols şöbəsində araşdırma aparılır.
1
20 Yanvar faciəsindən 36 il ötür
1018 dəfə oxunub
2
Çin Trampın təşəbbüs etdiyi “Sülh Şurası”na dəvət alıb
972 dəfə oxunub
3
Azərbaycan nefti ucuzlaşdı
971 dəfə oxunub
4
Azərbaycanda əsgərlik müddəti 6 aya endirilir?
916 dəfə oxunub
5
Azərbaycan Trampın dəvətini qəbul etdi - Sülh Şurasına üzv olacağıq
904 dəfə oxunub