Bakıda quldurluq hadisəsi baş verib. Lent.az xəbər verir ki, Xəzər rayon Binə qəsəbə sakini, İbadov Şamxal Ariz oğlu polisə müraciət edərək bildirib ki, tanımadığı şəxsin hücumuna məruz qalıb. Şikayətçinin sözlərinə görə, özünə məxsus “Canon” markalı fotoaparatı internet vasitəsi ilə satmağa çalışıb. Bu zaman Qala qəsəbəsində yaşayan və şəxsən tanımadığı şəxs onunla əlaqə yaradıb və Qalaya dəvət edib. Fotoaparatı satmaq üçün Qalaya gedən Şamxal burada həmin şəxsin silahlı hücumuna məruz qalıb. Naməlum şəxs soyuq silah qismində istifadə etdiyi bıçaqla Ş.İbadovu hədələyərək fotoaparatı, “LG” markalı telefonunu və 50 manat pulunu əlindən alıb.
Faktla bağlı araşdırma aparılır.
1
Rusiya Çernomorskda kater istehsalı müəssisəsini vurub
371 dəfə oxunub
2
Bakıda kafedə kütləvi dava - Bir nəfər öldürüldü - Anbaan video
352 dəfə oxunub
3
Modeli döyən iş adamına hökm oxundu
219 dəfə oxunub
4
Həbsdə olan deputat oğluna narkotik ittihamı da verildi
219 dəfə oxunub
5
Anasının üzərinə benzin töküb yandırmışdı - 22 yaşlı gəncə hökm oxundu
218 dəfə oxunub