Mynews.az xəbər verir ki, ata 14 yaşlı qızını zorlayan şəxsi məhkəmə zalında qətlə yetirib. Məhkəmənin hökmündən narazı qalan ata kəmərinin altından çıxardığı üç metal əldəqayırma bıçağı bir-birinin ardınca məhkumun sinəsinə saplayıb. Hadisə ani baş verdiyi üçün polis reaksiya göstərə bilməyib.
Hər üç bıçaq hədəfə dəyib. Onlardan ikisi döş qəfəsinə, digəri isə məhkumun udlağına sancılıb. Məhkum yerindəcə keçinib. Qisasçı atanı məhkəmə zalında həbs ediblər. Vətəndaş Karavaykin müqavimət göstərməyib və digər iki bıçağı təhvil verib.
Qisasçı ata ifadəsinə deyib: "Gözəl çiçək yetişdirirsən və kimsə onu gəlib çirki çəkmə ilə tapdalayır. Məni anlaya bilərsiniz. Mənim qızım zorlandıqdan sonra iki dəfə özünə qəsd etmək istəyib. Hər iki dəfə də sırf təsadüf nəticəsində sağ qalıb. Bu günə qədər də qızım psixiatrik xəstəxanada müalicə olunur. Bu yaramaza isə 5 il ümumi rejimdə cəza kəsdilər. Həm də şərti cəza".
Ali məhkəmənin hökmü ilə Karavaykinə 8 il şərti cəza kəsilib və o, məhkəmə zalından sərbəst buraxılıb. Şərti cəzanı kəsən hakimlərin əksəriyyəti qız atasıdır.
1
20 Yanvar faciəsindən 36 il ötür
1018 dəfə oxunub
2
Çin Trampın təşəbbüs etdiyi “Sülh Şurası”na dəvət alıb
972 dəfə oxunub
3
Azərbaycan nefti ucuzlaşdı
971 dəfə oxunub
4
Azərbaycanda əsgərlik müddəti 6 aya endirilir?
916 dəfə oxunub
5
Azərbaycan Trampın dəvətini qəbul etdi - Sülh Şurasına üzv olacağıq
904 dəfə oxunub