“Azərbaycanda insan alverinə qarşı mübarizə daim həssas məsələ olub”.
Mynews.az APA-ya istinadən xəbər verir ki, bunu Daxili İşlər Nazirliyinin (DİN) İsan Alverinə Qarşı Mübarizə Baş İdarəsinin rəisi Heydər Heydərov deyib.
O bildirib ki, 2005-ci ildə Azərbaycanda insan alverinə qarşı mübarizə sahəsində qanun qəbul edilib: “Azərbaycanda il ərzində törədilən cinayətlərin bir faizdən azı insan alveri cinayətinin payına düşür. Məsələn, 2015-ci ildə 26916 cinayət işindən yalnız 128-i insan alveri cinayətidir. 12 ildən artıq vaxtda 1078 cinayət işi araşdırılıb. Bu müddətdə 486 insan alverçisi məsuliyyətə cəlb olunub. 761 insan alveri qurbanı müəyyənləşdirilərək, cəmiyyətə inteqrasiya edilib”.
1
Rusiya Çernomorskda kater istehsalı müəssisəsini vurub
371 dəfə oxunub
2
Bakıda kafedə kütləvi dava - Bir nəfər öldürüldü - Anbaan video
352 dəfə oxunub
3
Modeli döyən iş adamına hökm oxundu
219 dəfə oxunub
4
Həbsdə olan deputat oğluna narkotik ittihamı da verildi
219 dəfə oxunub
5
Anasının üzərinə benzin töküb yandırmışdı - 22 yaşlı gəncə hökm oxundu
218 dəfə oxunub