Dünən Bakıdakı məktəblərdən birində valideynlər arasında insident baş verib.
Mynews.az lent.az-a istinadən xəbər verir ki, Suraxanı rayonu Abil Səfərov adlı 114 saylı orta məktəbdə tədris ilinin başa çatması ilə bağlı 3-cü sinif uşaqlarının valideynləri toplaşıb. Bu zaman valideynlərdən biri olan Abbasova Esmira Rəşid qızı onun övladına sataşan uşaqlardan birinə xəbərdarlıq edib və azyaşlını hədələyib.
Məktəbdəki digər valideynlərdən biri həmin uşağı himayəsində saxlayan bibisinə bu barədə dərhal xəbər verib. Uşağın bibisi tələsik məktəbə gəlib və E.Abbasova ilə dalaşaraq ona sillə vurub. Bundan sonra qadının ürəyi gedib. Çox keçmədən bu söhbət E.Abbasovanın həyat yoldaşına çatdırılıb və o da təcili məktəbə gəlib. Zərərçəkmişin yoldaşı dərhal polisə zəng edib və xəsarətin dərəcəsinin müəyyənləşdirilməsi üçün təcili tibbi yardım çağırıb. Məktəb rəhbərliyi nə qədər çalışsa da, valideynləri barışdıra bilməyib və onlar məsələni polis bölməsində ayırd etməyə gediblər.
1
Rusiya Çernomorskda kater istehsalı müəssisəsini vurub
371 dəfə oxunub
2
Bakıda kafedə kütləvi dava - Bir nəfər öldürüldü - Anbaan video
352 dəfə oxunub
3
Modeli döyən iş adamına hökm oxundu
219 dəfə oxunub
4
Həbsdə olan deputat oğluna narkotik ittihamı da verildi
219 dəfə oxunub
5
Anasının üzərinə benzin töküb yandırmışdı - 22 yaşlı gəncə hökm oxundu
218 dəfə oxunub